"Napoli" PSJ-dən 100 milyon avro tələb edir

"Napoli" PSJ-dən 100 milyon avro tələb edir
"Napoli"nin yarımmüdafiəçisi Lorentso İnsinye PSJ-nin maraq dairəsindədi.
Fanat.Az xəbər verir ki, Paris klubu "Napoli" ilə mümkün keçidin detallarını müzakirə etmək üçün danışıqlara başlayıb. Neapollular 100 milyon avro qarşılığında İnsinye ilə yollarını ayırmağa hazır olduqlarını bildirib.
"Napoli" rəsmilərinin növbəti həftə 28 yaşlı futbolçunun agenti Mino Rayola ilə danışıqlar masası arxasına oturacağı gözlənilir. Mövcud müqavilənin yenilənməsi də ehtimal daxilindədi.
"Napoli"nin İnsinyeyə görə maksimum 70-80 milyon avro həndəvərində təkliflər aldığı bildirilir.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər