"Napoli" Osimheni bu qiymətə satacaq

"Napoli" Osimheni bu qiymətə satacaq

"Napoli" rəhbərliyinin bir neçə Avropa nəhənginin transfer siyahısında olan Viktor Osimhen üçün istədiyi məbləğ müəyyənləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Foot Mercato" yayıb.

Xəbərə görə, Neapol klubu daha çox maaş alacağı kluba keçməyin əleyhinə olmayan Osimheni təxminən 150 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, nigeriyalı hücumçu bu mövsüm A Seriyasında çıxdığı 23 matçda 21 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər