"Napoli" Lill"in "qapısını döydü" - 100 milyonluq təklif

"Napoli" Lill"in "qapısını döydü" - 100 milyonluq təklif
"Napoli" "Lill"in iki futbolçusu Qabriel və Viktor Osimeni heyətə qatmaqda maraqlıdı.
Fanat.Az "Football Italiа"ya istinadən xəbər verir ki, İtaliya təmsilçisi Fransa klubunun futbolçularının transferi üçün 100 milyon avro ödəməyi planlaşdırır.
Neapol klubu transfer qiyməti 30 milyon avro məbləğində dəyərləndirilən 22 yaşlı Qabrielə komandadan ayrılmağa yaxın olan Kalidu Kulibalinin əvəzləyicisi gözüylə baxır. Osimen isə "Napoli"yə 70 milyon avroya başa gələcək.
Mənbə Qabriellə danışıqların uğurla nəticələndiyini, nigeriyalı forvard Osimenlə bağlı durumun isə müəyyən qədər fərqli olduğunu vurğulayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər