"Napoli" Kvaratsxeliyasız qaldı

"Napoli" Kvaratsxeliyasız qaldı

"Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya çempionatının 36-cı turunun "İnter"lə oyunu ərəfəsində sıradan çıxıb. 

Fanat.Az xəbər verir ki, "Pazzi di Fanta" gürcü futbolçunun məşq zamanı zədələndiyini yayıb. 

Mənbənin məlumatına görə, Xviça komandanın ümumi qrupundan ayrı məşğul olur. Onun "neradzurri" ilə qarşıdakı görüşdə iştirakı şübhə altındadır.

Xviça Kvaratsxeliya ötən yay "Napoli"nin sıralarına qoşulub və artıq komandanın liderlərindən birinə çevrilib. Neapollurarın heyətində çempion olan 22 yaşlı oyunçu bu mövsüm 40 matç keçirib, bu görüşlərdə 14 qol vurub, 17 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər