"Napoli" Konte ilə bağlı qərarını verdi - SON DURUM

"Napoli" Konte ilə bağlı qərarını verdi - SON DURUM

"Napoli" klubu baş məşqçi axtarışını yekunlaşdırıb. 

Fanat.Az “Football Italia”-ya istinadən xəbər verir ki, neapollular bu gün - iyunun 5-də Antonio Kontenin keçidini elan edəcək. 

Konte ötən gün klub rəhbərliyi ilə nahar edib, prezident Aurelio De Laurentislə ətraflı söhbət edib. Mənbənin məlumatına görə, tanınmış məşqçi "Neapol" ilə 3 illik müqavilə imzalayacaq. 

Xatırladaq ki, ötən mövsüm “Napoli” 3 dəfə məşqçi dəyişib. Bununla belə, komanda çempionatı 10-cu yerdə başa vurub və qarşıdakı mövsüm üçün avrokubokda yer ala bilməyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər