"Napoli" kapitanından ayrılmağa qərar verdi

"Napoli" kapitanından ayrılmağa qərar verdi

"Napoli"nin kapitanı Covanni Di Lorenzo yayda klubu tərk edəcək. Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Skira məlumat yayıb.

Mənbənin məlumatına görə, 30 yaşlı Di Lorenzonun müqaviləsinin 2028-ci ilin yayına qədər olmasına baxmayaraq, klub rəhbərliyi ilə münasibətləri son vaxtlar pisləşən futbolçu getməyə çat atıb.  İtalyanı üç klub - "Yuventus" , "İnter" və İspaniyanın "Atletiko Madrid"i transfer etmək istəyir.

Bu mövsüm Covanni Di Lorenzo "Napoli"nin heyətində 46 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər