“Napoli” - “İnter” oyunu da təxirə salındı

“Napoli” - “İnter” oyunu da təxirə salındı
İtaliya Kubokunun yarımfinal mərhələsinin daha bir oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, İtaliya Futbol Federasiyası "Napoli” - "İnter” qarşılaşması başqa vaxta keçirilib. 
Buna səbəb İtaliyada koronavirus epidemiyasının yayılması olub. Bundan əvvəl eyni səbəbdən yarımfinalın "Yuventus” - "Milan” oyunu da təxirə salınmışdı. Oyunların nə vaxt baş tutacağı məlum deyil.
Qeyd edək ki, İtaliyada indiyədək 2 502 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 79-u ölüb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 244-ə çatıb. Bunların 51 193 nəfəri sağalıb, 3 220 nəfəri isə ölüb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər