"Napoli" qış fasiləsində heyətinə yeni futbolçu qatmaq istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "La Repubblica" yayıb.
Neapol təmsilçisi "Çelsi"nin sol cinah müdafiəçisi Emersonu rənglərinə bağlamaqda qərarlıdır. Klublar artıq danışıqlara başlayıb. Bu mövsüm İngiltərə Premyer Liqasında 1 oyun da keçirməyən İtaliya millisinin 26 yaşlı Braziliya əsilli üzvü özü də iş yerini dəyişmək arzusundadır.
"Transfermarkt" portalı Emersonun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Fanat.Az