"Napoli" çempion oldu, onu küçədə gülələdilər

"Napoli" çempion oldu, onu küçədə gülələdilər

İtaliya A Seriyasında mövsümün yekunlaşmasına 5 tur qalmış çempionluğunu rəsmiləşdirən “Napoli”nin uğuru azarkeşlərdən birinin həyatını itirməsi ilə nəticələnib. 

Fanat.Az xəbər verir ki, fanatlar 33 ildən sonra istəyinə çatan sevimli komandalarının uğurunu bayram edərkən küçədə atışma düşüb.

Atışma zamanı yaralanan 26 yaşlı fxəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölən azarkeşin yaxınları isə xəstəxanaya hücum çəkərək, ora ciddi ziyan vurublar. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər