“Napoli” büdrədi, “İnter” növbəti qələbəsini rəsmiləşdirdi

“Napoli” büdrədi, “İnter” növbəti qələbəsini rəsmiləşdirdi

İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 5 görüş baş tutub.

“Atalanta” evdə “Kalyari”yə, “Fiorentina” isə səfərdə “Udineze”yə qolla qalib gəlib. “Empoli”nin qonağı olan “İnter” də turu qələbə ilə başa vurub. “Bolonya”nın qonağı olan son çempion “Napoli” xal itirib. Səfərdə “Torino” ilə üz-üzə gələn “Roma” da 1 xalla kifayətlənib.

Hazırda “İnter” 15 xalla vahid liderdir. “Milan”ın 12, “Leççe”nin 11, “Yuventus”la “Fiorentina”nın 10, “Atalanta”nın 9, “Napoli”, “Frozinone” və “Torino”nun 8 xalı var.

İtaliya A Seriyası 5-ci tur 22 sentyabr

Salernitana – Frozinone 1:1 Qollar: Kabral, 52 – Romanyoli, 12.

Leççe – Cenoa 1:0 Qol: Udin, 83.

23 sentyabr

Milan – Verona 1:0 Qol: Leao, 8.

Sassuolo – Yuventus 4:2 Qollar: Loryente, 12. Berardi, 41. Pinamonti, 82. Qatti, 90+5-öz qapısına – Vinya, 21-öz qapısına. Kyeza, 78.

Latsio – Montsa 1:1 Qollar: İmmobile, 12-pen – Qalyardini, 36.

24 sentyabr

Empoli – İnter 0:1 Qol: Dimarko, 51.

Atalanta – Kalyari 2:0 Qollar: Lukman, 33. Paşaliç, 76.

Udineze – Fiorentina 0:2 Qollar: Martines, 32. Bonaventura, 90+3.

Bolonya – Napoli 0:0

Torino – Roma 1:1 Qollar: Sapata, 85 – Lukaku, 68.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər