Valter Matsarri ilə vidalaşacağı gözlənilən "Napoli" rəhbərliyinin onu hansı mütəxəssislə əvəzləyəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.
Xəbərə görə, Neapol təmsilçisinin idarəçiləri artıq Slovakiya millisinin çalışdırıcısı Françesko Kaltsona ilə razılığa gəliblər. Mənbə Kaltsonanın köməkçilərindən birinin "Napoli"nin sabiq kapitanı Marek Hamşik olacağını da vurğulayıb.
10 il "Napoli"nin formasını geyinən Hamşik oyun sayına görə (519) klubun rekordçusudur.
24 matça 36 xal toplayan üçqat İtaliya çempionu hazırda A Seriyasının turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.