"Napoli" AL-in qalibini heyətinə qatdı - RƏSMİ

"Napoli" AL-in qalibini heyətinə qatdı - RƏSMİ

"Napoli" Yesper Lindström ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə İtaliya çempionunun rəsmi saytı məlumat yayıb.

Tanınmış insayder Fabritsio Romano isə keçidin detallarını açıqlayıb. Onun məlumatına görə, neapollular bu transfer üçün "Ayntraxt"a 25 milyon avro ödəyib və danimarkalı hücumameyilli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Yesper Lindström "Ayntraxt"da 80 oyunda meydana çıxaraq 14 qol vurub, 14 məhsuldar ötürmə edib. Lindström "Ayntraxt"ın 2022-ci ildə Avropa Liqasının qalibi olmasında əsas pay sahiblərindən biri olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər