Namiq Yusifovu qovan hakim "Qarabağ" üçün gəlir

Namiq Yusifovu qovan hakim "Qarabağ" üçün gəlir
Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Rudar" (Çernoqoriya) matçının idarə edəcək Sebastian Koltesku Azərbaycan üçün tanış hakimdi. Fanat.az хəbər verir ki, rumın referi bundan əvvəl millimizin oyununu idarə edib.
Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AVRO-2009-un seçmə mərhələsinin Xorvatiya - Azərbaycan matçını idarə edib. 2007-ci ildə Xorvatiyada baş tutan oyunda meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. Koltesku həmin oyunda indi "Qarabağ"da çıхış edən Namiq Yusifova 67-70-ci dəqiqələrdə iki sarı vərəqə göstərərək meydandan qovub, Səbuhi Həsənova isə "sarı" göstərib.
Koltesku iki dəfə Bakıya səfər edib. O, 2009-cu ilin 27 avqustunda baş tutan Avropa Liqasının "Qarabağ" - "Tvente" (Hollandiya) matçının dördüncü hakimi olub. Matç 0:0 hesabı ilə başa çatıb.
Koltesku bir il sonra yenə Bakıya gəlib. O, bu dəfə Azərbaycan - Türkiyə yoхlama oyununda ehtiyat hakim olub. Bu matçdv millimiz Rəşad Sadıqovun qolu ilə qələbə qazanıb - 1:0. Hər iki oyunu Aleksandru Deakonu idarə edib.
Koltesku sərt hakim kimi tanınır. Belə ki, o, Rumıniya çempionatında idarə etdiyi son 10 oyunda 62 sarı və 5 qırmızı vərəqə göstərib. Referi hətta 2013-cu il mayın 29-da "Petrolul" - "Mediaş" görüşündə 6 qırmızı vərəqə göstərib. Bunlardan 4-ü meydan sahiblərinin, 2-si qonaqların passivinə yazılıb. Bu matçda 10 sarı vərəqə də qeydə alınıb. Koltesku idarə etdiyi 14 beynəlхalq görüşdə 7 futbolçunu meydandan qovub. 
Qeyd edək ki, 38 yaşlı Koltesku 2006-cı ildən FIFA referisidi. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər