MY fanatları "Arsenal"la oyunda kütləvi etiraza hazırlaşırlar

MY fanatları "Arsenal"la oyunda kütləvi etiraza hazırlaşırlar

"Mançester Yunayted"in "The 1958" fanat qrupu azarkeşləri son illərdə hədəflərindən uzaq düşən komandanın durumuna kütləvi etiraz etməyə səsləyib.

Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, sözügedən fanklub bəyanat yayaraq MY fanatlarını İngiltərə Premyer Liqasının 28-ci turunda "Arsenal"la ev oyununa qara geyimdə gəlməyi xahiş edib.

"The 1958" belə etirazla "qırmızı şeytanlar"ın yavaş-yavaş öldüyünə eyham vurmağı planlaşdırır. 

Qeyd edək ki, "Mançester Yunayted" - "Arsenal" görüşü martın 9-da reallaşacaq. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər