Mövlud Erdinç "Qarabağ"dan danışdı

Mövlud Erdinç "Qarabağ"dan danışdı
"Azərbaycan gözəl ölkədi. Burada özümü vətənimdəki kimi hiss etdim. Bu, Azərbaycana ikinci səfərimdi. Daha öncə gənclər yığmasının heyətində Bakıya gəlmişəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Sent-Etyen"in futbolçusu Mövlud Erdinç deyib.
Türk futbolçu "Qarabağ"ı tərifləyib: "Fikrimcə, biz bu heç-heçəyə sevinməliyik. “Qarabağ”ın çox yaxşı komanda olduğunu gördük. Onların yaxşı hücumçuları var. Reynaldo çox təhlükəli hücumçudu. Tribunaların dəstəyi də möhtəşəm idi. Təbii ki, bu heç-heçə bizə sərf edir. Bakıdan bir xalla döndüyümüz üçün şadıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər