Murad Səttarlı "Qarabağ"dan niyə ayrılıb? - MÜSAHİBƏ

Murad Səttarlı "Qarabağ"dan niyə ayrılıb? - MÜSAHİBƏ
"Simurq"un yeni transferi Murad Səttarlının müsahibəsi
 
- Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istəyərdik.
- Çox şadam ki, yenidən burdayam. Əslində mövsümün əvvəlində bu keçid reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacayam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azərkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəyəm.
 
- Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?
- “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki, mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadı. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verirlər. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.
 
- Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdi bərpa prossesi keçirsən. Səncə, bu “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?
- Hər şey özümdən asılıdı. İnşallah, əziyyət çəkib bu çətinliyidə tezliklə aradan qaldıracam. Yalnız oyun təcrübəsi baxımından çatışmamazlığım var. Ancaq inanıram ki, məşqçilərimində köməkliyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəyəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam.   
 
- Komanda təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prossesindən gözləntilərin nədi?
- Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməkliyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəm və bu hazırlıq prossesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacağam. “Simurq”un uğurları üçün çalışacağam.
 
- Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyinməyin üçün hansı çatışmamazlıqların var?
- Həqiqətəndə çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun stilinə bələdəm. Təbii ki, məşqçilərdə mənə inanaraq, bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmamazlıqlarımı aradan götürməyə çalışacam və məşqçilərimdən şans gözləyəcəm.
 
- “Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Burdan azərkeşlərə nə deyərdin?
- Hər birinə dəstəyə görə çox sağ ol deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azərkeşlərimizi sevindirərik.
simurqpfk.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər