Münəccimin proqnozu: "Napoli" - "Atalanta" dueli necə nəticələnəcək?

Münəccimin proqnozu: "Napoli" - "Atalanta" dueli necə nəticələnəcək?

Bu gün İtaliya A Seriyasının XVI turunun növbəti oyunları keçiriləcək.

Fanat.Az proqnoz vermək üçün turun maraqlı oyunulardan biri olan "Napoli" - "Atalanta" görüşünü seçib.

Napoli

"Napoli" mövsümə əla start vermişdi. A Seriyasında ardıcıl səkkiz matçında qalib gələn komandanın müqavimətini 9-cu turda "Roma" qırdı - 0:0. 

13-cü turda Neapol təmsilçisi çempionatda ilk yenilgisini aldı. Komanda "İnter"ə qarşı mübarizədə 2:3 hesabı ilə məğlub oldu.

Hazırda A Seriyasında lider olsalar da, ən yaxın izləyicisi “Milan”dan cəmi 1 xal, “İnter”dən isə 2 xal öndədir. Bu isə mövsümü uğurlu tamamlamağa zəmanət vermir. 

Atalanta 

“Atalanta” isə rəqibindən fərqli olaraq mövsümün əvvəlində inamsız təsir bağışladı və xeyli xal itirirdi. Lakin yavaş-yavaş Canpiero Qasperininin komandası öz formasını bərpa edərək Çempionlar Liqasına vəsiqə qazandıran yer uğrunda mübarizəyə qoşulub. Hazırda "Atalanta" turnir cədvəlinin dördüncüsüdür və lider "Napoli"dən 5 xal geri qalır.

Son turda evdə "Venesiya"nı 4:0 hesabı ilə məğlub edən "Atalanta" çempionatda ardıcıl dördüncü qələbəsini qazanıb.

Komandalar arasında keçirilən son 5 oyun: 

Atalanta - Napoli 4:2 Atalanta - Napoli 3:1 Napoli - Atalanta 0:0 Napoli - Atalanta 4:1 Atalanta - Napoli 2:0

Proqnoz

Son turda "Napoli" müdafiədə çoxlu səhvlərə yol verdi və böyük çətinliklə "Sassuolo" ilə 2:2 hesablı heç-heçəyə nail ola bildilər. “Atalanta” isə əksinə, əla formadadır və qələbə ardınca qələbə qazanır. "Berqamasklar" bu gün də növbəti üç xal üçün əllərindən gələni etməyə çalışacaqlar. Qonaqlar oyun baxımından daha üstün görünürlər.

Münəccimin ilk proqnozu ehtiyatlı olacaq. "Atalanta"nın uduzmayacağı variantı (X2) xarici bukmeker kontorları tərəfindən 1,49 əmsalla qiymətləndirilir.

Hər iki komanda 15 turdan sonra çempionatda 32 qol vurub. Bu isə rəqiblərin yaxşı hücumun xəttindən xəbər verir. İkinci proqnoz isə qarşılıqlı qolların  (QQ) olacağınadır. 

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər