Daha bir futbolçu "Qarabağ"ın düşərgəsini tərk edib. Fanat.az xəbər verir ki, Muarem Muarem Azərbaycandan ayrılaraq Makedoniyaya yollanıb.
"Qarabağ" çempionluğu rəsmiləşdirdiyindən Qurban Qurbanov qarşıdakı iki oyunda gənclərə və ehtiyatda qalan futbolçulara şans verəcək. Muarem isə ayın sonunda Makedoniya yığmasının təlim-məşq toplanışına qatılacaq, Kamerun və Qətərlə yoxlama oyunlarında iştirak edəcək. Bu səbəbdən baş məşqçi ona istirahət etmək imkanı verib. Makedoniyalı futbolçunun müqaviləsi davam edir və o, gələn mövsüm də "Qarabağ"ın formasını geyinəcək.
Qeyd edək ki, Muarem bu mövsüm Premyen Liqada 26 oyun keçirib və 4 qol vurub. 25 yaşlı yarımmüdafiəçi ölkə kubokunda 3 oyuna çıxıb.
Fanat.az