MS-dən "Arsenal"a qadağa - Əvvəl baş verib, daha olmayacaq

MS-dən "Arsenal"a qadağa - Əvvəl baş verib, daha olmayacaq

"Mançester Siti" yayda "Arsenal"a oyunçu transferinə qadağa qoyub. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Keçən yay “şəhərlilər” Aleksandr Zinçenko və Qabriel Jezusu “topçular”a satmışdı. Klub müqavilənin maliyyə nəticələrindən razıdır. Sadəcə, klub liqa titulu uğrunda mübarizədə birbaşa rəqibin güclənməsinə töhfə verdiyinə inanır. Bu üzdən MS yaxın gələcəkdə futbolçularını londonlulara satmayacaq.

Qeyd edək ki, "Arsenal" 30-cu turdan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Mançester Siti" isə 67 xalla 2-ci yerdə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər