MPL: ​"Şamaxı" və "Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollandılar

MPL: ​"Şamaxı" və "Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollandılar

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə iki oyun baş tutub.

Öncə “Şamaxı” “Sabah”ı qəbul edib. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə bitib.Turun və ilin son qarşılaşması isə lider “Qarabağ”la ən yaxın təqibçisi “Araz-Naxçıvan” arasında reallaşıb. Ötən tur "qış çempionu" olan Ağdam təmsilçisi 2 cavabsız qola sevinib.

Daha əvvəl keçirilmiş “Kəpəz” – “Sumqayıt” (0:0) və “Turan Tovuz” – “Neftçi” (1:1) oyunlarında qalib müəyyənləşməyib, “Səbail” isə “Zirə”yə (0:1) uduzub.

Misli Premyer Liqası 18-ci tur 22 dekabr

“Şamaxı” – “Sabah” 3:1  Qollar: Edqar Adilxanov, 23. Belaydi Pusi, 55. Leroy Mikels, 62 - Pavol Şafranko, 38

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev. Şamaxı şəhər stadionu, 14:00.

"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 66. Vasiliye Bakiç Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke Baş məşqçi: Ayxan Abbasov

"Sabah": 1. Yusif İmanov, 10. Namik Ələskərov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç Baş məşqçi: Vasili Berezutski

“Qarabağ” – “Araz-Naxçıvan” 2:0  Qollar: Yassin Benzia, 41. Abdullah Zubir, 71

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov. Tofiq Bəhramov adına Respublika stadionu, 16:30.

"Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 20. Riçard Almeyda (k) 27. Toral Bayramov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 66. Patrik Andrade 7. Yassin Benzia 18. Olavio Juninyo 2. Mateus Silva 6. Julio Romao 11. Emmanuel Addai Ehtiyat oyunçular: 97. Fabian Buntiç 99. Mateus Koxalski 12. Sadiq Məmmədzadə 30. Abbas Hüseynov 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 8. Marko Yankoviç 19. Redon Cica 15. Leandro Andrade 21. Aleksey Kaşuk Baş məşqçi: Qurban Qurbanov

“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 2. Slavik Alxasov 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 8. Karlos Jatoba 14. Miço Kuzmanoviç Baş məşqçi: Elmar Baxşıyev

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər