MPL: "Şamaxı" - "Qarabağ" matçının təyinatları açıqlandı

MPL: "Şamaxı" - "Qarabağ" matçının təyinatları açıqlandı

Misli Premyer Liqasının III turundan təxirə salınmış “Şamaxı” – “Qarabağ” qarşılaşmasının təyinatları açıqlanıb.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 19-da keçiriləcək matçı Rəşad Əhmədov idarə edəcək.

Şamaxı şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:00-da səsləndiriləcək.

Misli Premyer Liqası

III turdan təxirə salınmış oyun

19 dekabr

14:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Rauf Allahverdiyev. VAR: İnqilab Məmmədov. AVAR: Namiq Hüseynov. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Azər Əsgərov. Şamaxı şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər