Misli Premyer Liqasında 4-cü turun oyunlarına təyinatlar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Kəpəz” və “Araz-Naxçıvan” arasında keçiriləcək turun açılış oyunu Rauf Cabarova tapşırılıb.
“Qarabağ” ilə "Zirə" arasında turun mərkəzi oyununda Rəşad Əhmədov iş başında olacaq. "Neftçi" - "Sabah" paytaxt derbisini isə İnqilab Məmmədov idarə edəcək.
Misli Premyer Liqası 4-cü tur 12 sentyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan” Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov VAR: Əliyar Ağayev AVAR: Zeynal Zeynalov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Mübariz Hüseynov Qəbələ şəhər stadionu, 17:45
“Qarabağ” – “Zirə” Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov VAR: Nicat İsmayıllı AVAR: Əli Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov “Azersun Arena”, 20:00
13 sentyabr (şənbə)
“İmişli” – “Sumqayıt” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov VAR: Elçin Məsiyev AVAR: Pərvin Talıbov Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Azər Əsgərov Quba OİK stadionu, 16:30
“Turan Tovuz” – “Qəbələ” Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev VAR: Rəvan Həmzəzadə AVAR: Cəmil Quliyev Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Emin Cəfərov “Azersun Arena”, 19:00
14 sentyabr (bazar)
“Şamaxı” – “Karvan-Yevlax” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov VAR: Nicat İsmayıllı AVAR: Kamran Əliyev Hakim-inspektor: Vüsal Əliyev AFFA nümayəndəsi: Anar Şıxəliyev Şamaxı şəhər stadionu, 16:30
“Neftçi” – “Sabah” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli VAR: Kamal Umudlu AVAR: Vüsal Məmmədov Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Zümrüd Ağayeva “Neftçi Arena”, 19:00