Misli Premyer Liqasında bu gün mövsümün ikinci yarısı start götürüb.
Fanat.Az xəbər verir ki, 19-cu turun ilk oyun günündə bir görüş baş tutub.
"Qarabağ" - "Şamaxı" dueli məhsuldar alınıb. Belə ki, azarkeşlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə 5 qola şahidlik ediblər. Bölgə təmsilçisi ilk hissədə iki dəfə hesabı bərabərləşdirməyə müvəffəq olsa da, fasilədən sonraya təsadüf edən avtoqol nəticəsində məğlub olub.
"Qarabağ" bu qələbə sayəsində liderliyini möhkəmləndirib. "Şamaxı" isə 7-ci yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları yanvarın 18-də (“Zirə” – “Araz-Naxçıvan”, “Sumqayıt” – “Səbail”) və 19-da (“Kəpəz” – “Turan Tovuz”, “Neftçi” – “Sabah”) baş tutacaq.
Misli Premyer Liqası 19-cu tur 17 yanvar “Qarabağ” – “Şamaxı” 3:2 Qollar: Nəriman Axundzadə, 4. Aleksey Kaşuk, 29. Cəlal Hüseynov, 72-öz qapısına - Belajdi Pusi, 14. Brahim Konate, 39.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev VAR: Nicat İsmayıllı, Eyyub İbrahimov Hakim-inspektor: Babək Quliyev Tofiq Bəhramov adına Respublika Stadionu.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 19. Redon Cica Baş məşqçi: Qurban Qurbanov “Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov (k), 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 93. Brahim Konate, 30. Andrey Tirkoveanu, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 32. Vasiliye Radenoviç, 3. Vladislav Veremeyev Baş məşqçi: Ayxan Abbasov