MPL: "Qarabağ" "Kəpəz"ə rəhm etmədi

MPL: "Qarabağ" "Kəpəz"ə rəhm etmədi

Milli komandaların oyunlarına görə çempionatda yaranan təxminən iki həftəlik fasilə bu gün başa çatıb.

Fanat.Az xəbər verir ki, beləliklə Misli Premyer Liqasının ikinci dövrəsi start götürüb.

X turun açılış oyunu Tovuzda baş tutub. Lider "Qarabağ"ı "Nizami yurdu"nda qəbul edən autsayder "Kəpəz" rəqibinə müqavimətsiz təslim olub. 

Turnir cədvəlinin əks-qütblərində ilk pilləni zəbt edən komandaların duelində 5 qol qeydə alınıb ki, topların hamısı Qurban Qurbanovun yetirmələrinin ayağına yazılıb. 

Qeyd edək ki, turun qalan oyunları şənbə və bazar günləri keçiriləcək.

Misli Premyer Liqası X tur 18 oktyabr

Kəpəz – Qarabağ 0:5   Qollar: Emmanuel Addai, 18. Aleksey İsayev, 51. Leandro Andrade, 53. Toral Bayramov, 67. Sergey Kaşuk, 78.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov VAR: Kamal Umudlu, Şirmamed Mamedov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Erkin Hüseynov Tovuz şəhər stadionu.

"Kəpəz": 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) 11. Orxan Əliyev 12. Turan Manafov 70. Nicat Süleymanov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 3. Mahamadu Ba 77. Viktor Braqa Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 80. Tural Rzayev 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 10. Karim Lkouça 19. Lassana Ndiaye Baş məşqçi: Azər Bağırov

"Qarabağ": 99. Mateus Koxalski 30. Abbas Hüseynov 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 18. Olavio Juninyo 6. Julio Romao 15. Leandro Andrade 11. Emmanuel Addai Ehtiyat oyunçular: 97. Fabian Buntiç 12. Sadiq Məmmədzadə 20. Riçard Almeyda 55. Bədavi Hüseynov 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə 66. Patrik Andrade 7. Yassin Benzia 8. Marko Yankoviç 19. Redon Cica 21. Aleksey Kaşuk Baş məşqçi: Qurban Qurbanov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər