MPL: "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edir

MPL: "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edir

Misli Premyer Liqasında XXVI tur davam edir.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə bir qarşılaşma baş tutacaq.

"Qarabağ" doğma meydanda çempionatın autsayderi "Karvan-Yevlax"ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq. Oyunu Kamranbəy Rəhimov idarə edəcək. 

Tura sabah yekun vurulasaq. 

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" isə "Sumqayıt"ı (3:1) üstələyib. 

Misli Premyer Liqası XXVI tur 6 aprel 

19:00. "Qarabağ" – "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov.  VAR: Emin Əliyev, Tural Qurbanov.  Hakim-inspektor: Rəhim Həsənov.  AFFA nümayəndəsi: İlham Əliyev.  Tofiq Bəhramov adına Respublika Stadionu.

MPL: "Qarabağ" "Karvan-Yevlax"ı qəbul edir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər