MPL: Lider Quba səfərində, "Qarabağ" "Zirə" ilə qarşılaşır

MPL: Lider Quba səfərində, "Qarabağ" "Zirə" ilə qarşılaşır

Misli Premyer Liqasında XXIV tur davam edir. 

Fanat.Az xəbər verir ki, ötən gün start götürən tur çərçivəsində bu gün daha iki görüş baş tutacaq. 

Əvvəlcə Qubada "İmişli" ilə lider "Sabah" üz-üzə gələcəklər. Saat 15:00-da başlayacaq matçı sabiq FİFA referisi Rauf Cabarov idarə edəcək.

Liderin ardınca ən yaxın izləyicisi "Qarabağ" meydana çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda "Zirə"nin qonağı olacaq. Turun mərkəzi qarşılaşması Fərid Hacıyevə tapşırılıb. 

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" isə "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib.

Misli Premyer Liqası XXIV tur 14 mart

15:00. "İmişli" – "Sabah" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov. VAR: Əliyar Ağayev, Zöhrab Abbasov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Kifayət Mutafayeva. Quba. Olimpiya İdman Kompleksinin stadionu

19:15. "Zirə" - "Qarabağ" Hakimlər: Fərid Hacıyev, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli. VAR: Nicat İsmayıllı, Emin Əliyev. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Elgiz Abbasov. Zirə. İdman Kompleksinin stadionu.

MPL: Lider Quba səfərində, "Qarabağ" "Zirə" ilə qarşılaşır

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər