Mourinyu "Mançester Siti"ni "sancdı"

Mourinyu "Mançester Siti"ni "sancdı"
"Tottenhem"in baş məşqçisi Joze Mourinyu transfer pəncərəsi ərəfəsində fikirlərini bölüşüb.
 
Fanat.Az xəbər verir ki, "Goal.com" portuqaliyalının sözlərini belə çatdırıb:
"Bəzi klublara bu, asan başa gəlir. Belə desək, öz bildikləri kimi hərəkət edirlər. Qaydaları pozurlar, böyük pullar xərcləyirlər və istədikləri oyunçuları yığırlar. Digərləri isə bütün qaydalara əməl edirlər. "Tottenhem"dəki vəziyyətin necə olduğunu bura gəlməmişdən bilirdim. Realist olmaq lazımdı. Ən əsası  mümkün transferlər haqda reallıq hissini itirmədən fikirləşmək, gerçəkliyə uyğun planlar qurmaqdı. Mən bizə nə lazım olduğunu yaxşı bilirəm".
Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) maliyyə "feyr-pley"ini pozduğuna görə avrokuboklardan uzaqlaşdırılan "Mançester Siti"nin cəzasını ləğv edib.
Fanat.Az   
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər