Motta "Mançester Siti" üzərində qələbəni belə şərh etdi

Motta "Mançester Siti" üzərində qələbəni belə şərh etdi

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Mançester Siti"ni 2:0 hesabı ilə məğlub edən "Yuventus"un baş məşqçisi Tyaqo Motta qələbəni dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Pazzi di Fanta" belə çatdırıb:

"Böyük ürəklə oynadıq. Amma hər şeyi yalnız istək yox, həm də ağılla etdik. Hücumda kollektiv futbol sərgilədik və zərbəni lazım olan anda endirdik. Qələbəni haqq edirdik. Bu görüşdə bir neçə oyunçumuz sıraya dönmüşdü. Həkimlər qalan zədəliləri sağaltmaq üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, "Yuventus" növbəti turda "Brügge", "Mançester Siti" isə PSJ ilə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər