MOİK - "Turan Tovuz": məşqçi fikirləri

MOİK - "Turan Tovuz": məşqçi fikirləri
Azərbaycan Kubokunun 1/16 final mərhələsində MOİK-i 2:1 hesabı ilə məğlub edən “Turan Tovuz” adını 1/8 final mərhələsinə yazdırıb. Fanat.az xəbər verir ki, oyundan sonra baş məqşçilər fikirlərini bildirib:
Şamil Adilov (MOİK-in baş məşqçisi): “Oyun bərabər səviyyədə keçdi. İkinci hissənin ortalarında bir qədər üstünlük ələ keçirdik. Bu da rəqibin 10 nəfər qalması ilə bağlı idi. Oyun barədə geniş danışmaq istəmirəm. Sadəcə, rəqibə çempionatda və kubokda uğurlar arzu edirəm”.
Nizami Sadıqov (“Turan Tovuz”un baş məşqçisi): “Oyun bizim üçün çətin alındı. 10 nəfər qaldıqdan sonra ağır oldu.  Lakin sonradan müəyyən dəyişiklik edib, qalib gəldik. Mərhələ adladığımıza görə şadam”.  - See more at: 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər