AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun 1/16 final mərhələsinin oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
MOİK-lə oyunun 50-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 20 manat cərimə olunub. MOİK isə 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimlənib.
Fanat.az