Modriçin "Napoli"yə qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Modriçin "Napoli"yə qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah "Napoli"yə qarşı keçirəcəkləri matçda oynayıb-oynamaycağı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Edu Aqirre yayıb.

Mənbə La Liqanın son turunda - "Kadis"lə matçda (3:0) xəsarət alan 38 yaşlı xorvatın zədəsinin ciddi olduğunu və Neapol təmsilçisinə qarşı oynaya bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Santyaqo Bernabeu" stadionunda reallaşacaq "Real" - "Napoli"  dueli Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər