Miron Markeviç: "Qarabağ"ın oyun üslübu xoşuma gəldi”

Miron Markeviç: "Qarabağ"ın oyun üslübu xoşuma gəldi”

“Dnepr”in baş məşqçisi Miron Markeviç "Qarabağ"la oyunla bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, o, məğlubiyyətin səbəblərindən danışıb: 

"Meydana qələbə üçün çıxmışdıq. Lakin alınmadı. Əgər sən Avroliqada mübarizə aparmaq istəyirsənsə, onda oynamaq lazımdı. Təəssüf ki, oyunçularım bunu bacarmadı. Biz müdafiə və yarımmüdfiədə daha çox topla oynayırdıq. Evdə belə çıxış etmək olmaz. Seleznyov xüsusi yerdə topu qəbul edə bilmirdi. Məğlubiyyətə görə, komandanın aparıcı oyunçuları ilə ciddi danışacağam. Onlar meydanda çox çaş-baş qalmışdılar. Matç barəsində danışmaq çətindi. "Qarabağ" yaxşı təşkilatlanmış komandadı. Bu gün ən pis oyunumuzu keçirdiyimizi deyə bilərəm. Rəqib müdafiədə çox ağıllı oynadı və bizə nəsə etməyə imkan vermədi. Lakin öz qol imkanlarından maksimum yararlandılar. Bu komandanın oyun üslübu xoşuma gəldi”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər