Miron Markeviç "Qarabağ"ı incələdi

Miron Markeviç "Qarabağ"ı incələdi

Ukrayna "Dnepr"inin baş məşqçisi Miron Markeviç Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun barədə fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli mütəxəssis Ağdam təmsilçisinin kifayət qədər ciddi rəqib olduğunu bildirib.

- Avropa Liqasının qrup mərhələsinin ilk 2 turuna görə, "Qarabağ" necə təəssürat yaradıb?

- İlk turda evdə "Sent-Etyen"lə heç-heçə oynadılar. Hərçənd qalib gəlməli idilər. "İnter"lə qarşılaşmada da xoş təsir bağışladılar və italyanların qələbəsi ədalətli deyildi. Heç də pis komplektləşməyiblər, heyətlərində xeyli braziliyalı oynayır. Həm də 2 fərqli heyətə malikdirlər: biri daxili arenada çıxış edir, digəri avrokuboklarda. Bu iki yarışda heyətdə ciddi dəyişikliklər edirlər. Üstəlik, qrup mərhələsinə aparan yolda Hollandiya "Tvente"sini sıradan çıxarmağı bacardıqlarını da unutmamalıyıq. Bütün bu amillər "Qarabağ"ın yaxşı kondisiyada olduğunu göstərir.

- Zozulya ölkə çempionatının son turunda iştirak etmədi. "Qarabağ"la oyunda onu görə biləcəyik?

- Xeyr, Azərbaycan çempionu ilə oyunda o, bizə kömək etməyəcək.

- Heyətlə bağlı başqa problemləriniz var?

- Yox, kimə ümid bəsləyirdiksə, hamısı bizimlədi.

- Turnir strategiyasına görə, "Qarabğ"la görüşdə maksimum xal toplamalıyıq.

- Əlbəttə, qalib gəlmək istəyərdik. Aydın məsələdir ki, "Qarabağ"a qarşı Kiyevdəki görüş həlledicidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər