"Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsində qaliblər mükafatlandırıldı

"Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsində qaliblər mükafatlandırıldı

"Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilən mərhələsinin qalibləri mükafatlandırılıb. Fanat.Az xəbər verir ki, turnirin ilk günündə 1 nəfərlik kanoe və kayakda 200 metr məsafəyə yarışlar keçirilib. Azərbaycan təmsilçiləri 4 medal qazanıblar. Əlimurad Hacızadə birinci, Nuran Rəhimli (hər ikisi 2008/2009) ikinci, Hüseyn Səmədli (2008/2009) və Elmir Tarverdiyev (2010/2011) isə üçüncü pilləni tutub. Mükafatları qaliblərə gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Su İdmanı Federasiyasının rəhbəri Vüqar Əhmədov təqdim ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər