Azərbaycan təmsilçiləri “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin üçüncü günündə daha bir qızıl və iki bürünc medal qazanıblar. Fanat.Az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Qiyas Əhmədov və Tengiz Qaqnidze bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə ediblər. Eyni kateqoriyada Sabir Ağayev və Mikayıl Vəliyev cütlüyü üçüncü olaraq bürünc medala sahib çıxıb. 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində isə iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov və Maqsud Mantaşev finişə üçüncü çataraq bürünc medal qazanıblar. Yarış davam edir və günün proqramına uyğun olaraq, hələ altı final mərhələsi keçiriləcək. Qeyd edək ki, Azərbaycanın gənc avarçəkənləri yarışın Füzuli və Mingəçevirdə keçirilən ilk iki günündə 11 medal qazanıblar.
"Mingəçevir reqatası-2026": Sonuncu günə 1 qızıl, 2 bürünclü start
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Su idman növləri
20:11
02.10.2026
Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar
Su idman növləri
19:42
01.10.2026
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirildi
Su idman növləri
11:33
01.10.2026
"Mingəçevir reqatası-2026": Sonuncu günə 1 qızıl, 2 bürünclü start
Su idman növləri
16:25
30.09.2026
"Mingəçevir Reqatası-2026": Azərbaycanın daha bir idmançısından qızıl medal