Ənənəvi "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatıb. Fanat.Az xəbər verir ki, Azərbaycan idmançıları 29 sentyabrda Füzulidəki Köndələnçay su anbarında start götürən və Mingəçevirdə yekunlaşan yarışı 22 medalla başa vurublar. Bunun yarısı məhz sonuncu günə təsadüf edib. Təmsilçilərimiz bu gün 7 qızıl, 5 gümüş, 10 bürünc qazanıblar. 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində bir nəfərlik kayak qayığında 500 metr məsafəyə yarışda Əlimurad Hacızadə qızıl medal qazanıb. Eyni kateqoriyada Qiyas Əhmədov gümüş, Tengiz Qaqnidze isə bürünc medala sahib çıxıb. Həmin yaş qrupunda bir nəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda Hüseyn Səmədli üçüncü yeri tutaraq bürünc medal əldə edib. İki nəfərlik kayak qayığında 200 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançıların yarışında Qiyas Əhmədov və Tengiz Qaqnidze qızıl medal qazanıblar. Eyni kateqoriyada Sabir Ağayev və Mikayıl Vəliyev cütlüyü üçüncü olaraq bürünc medala sahib çıxıb. 2010-2011-ci il təvəllüdlü idmançıların mübarizəsində iki nəfərlik kayak qayığında 200 metr məsafəyə yarışda Nizami Kərimov və Maqsud Mantaşev üçüncü yeri tutaraq bürünc medal əldə ediblər. Bir nəfərlik kayak qayığında 500 metr məsafəyə həmin yaş qrupunun yarışında Mustafa Vəlizadə qızıl medal qazanıb. İki nəfərlik kayak qayığında 500 metr məsafəyə 2010-2011-ci il təvəllüdlü idmançıların yarışında Elmir Tarverdiyev və Mustafa Vəlizadə ikinci olaraq gümüş medala sahib çıxıblar. Bundan başqa, iki nəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Azər İlyasov və İsabala Dadaşzadə gümüş medal qazanıblar. Eyni kateqoriyada Tunar Məmmədzadə və İsmayıl Şirinov cütlüyü isə bürünc medala layiq görülüb. Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparıb.
"Mingəçevir reqatası-2026": Azərbaycan idmançıları beynəlxalq turniri 22 medalla başa vurdular
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Dünya futbolu
20:42
05.10.2026
"Çelsi" "Barselona"nın müdafiəçisini yanvarda aparır?
Dünya futbolu
20:14
05.10.2026
"Liverpul" hədəfi müəyyənləşdirdi
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Dünya futbolu
18:04
05.10.2026
"Yuventus" Kənan Yıldız üçün şok məbləğ tələb edir