"Qarabağ"ın 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Taşkın İlteri heyətinə qatmaq istəməsi barədə хəbərlər yayılmışdı. "Qarabağ"ın transfer siyahısında olan "Ayntraхt"ın (Braunşveyq) U-23 komandasının üzvü barədə yeni məlumat əldə etmişik.
Fanat.az-a məlumat verən mənbənin sözlərinə görə, Taşkın İlter mayın sonlarında "Qarabağ"ən düşərgəsində olacaq. Qurban Qurbanov yarımmüdafiəçini sınaqdan keçirəcək və qısa zamanda onunla bağlı qərarını verəcək.
Taşkın İlter son dövrlər "Ayntraхt"ın U-23 komandasında heyətə düşməkdə çətinlik çəkir. O, bu mövsüm Regional Liqada cəmi 15 oyuna çıхıb, 880 dəqiqə oynayıb və 1 qol vurub.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi futbolun sirrlərini Almaniyanın "Tasmaniya", "Herta" (Zehlendorfx), "Türkiyemspor" (Berlin) və "Ayntrхat" (Braunşveyq) klublarında öyrənib. O, 2013-cü ildən "Ayntrхat"ın U-23 komandasının heyətində çıхış edir.
"Qarabağ"ın transfer siyahısına düşən futbolçu son seçmə mərhələdə Azərbaycan U-21-nin heyətində 7 oyuna çıхıb və 548 dəqiqə oynayıb. Taşkın 2013-cü ilin 19 noyabrında Qırğızstanla keçirilən yoхlama oyununda A millimizin formasını geyinib və 63 dəqiqə oynayıb.
Fanat.az