Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri "Qarabağ"ın oyunlarını izləyib.
Fanat.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki, köməkçisi Qordan Tsipriç, eləcə də AFFA-nın texniki direktoru Bernhard Lippert və Antalyada toplanışda olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadə, məşqçilər Babək Alxasov və Ramiz Əhmədov “Qarabağ” - "Admira Vakker" (Avstriya) və "Qarabağ" - "Yaqelloniya" (Polşa) oyununa baxıblar.
Fanat.az