Millimizin hücumçusu yenidən "Neftçi"də

Millimizin hücumçusu yenidən "Neftçi"də
"Səbail" futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb. 
Fanat.Az klubun rəsmi "Instagram" səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Neftçi"yə qayıdıb. Onun icarə müddəti bu ilin yayında sona çatmalı idi.
Qeyd edək ki, Mirabdulla Abbasov Azərbaycan millisinin də üzvüdür. O, 2018-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər