Milli komandadan “Qarabağ”a dəstək

Milli komandadan “Qarabağ”a dəstək

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Norveç yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını davam edir. Fanat.az xəbər verir ki, toplanış çərçivəsində milli komanda ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”a dəstək olacaq. 

Milli komandanın üzvləri noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat saat 21.00-da başlayacaq “Qarabağ” – “Dnepr” (Ukrayna) qarşılaşmasını stadiondan canlı izləyəcəklər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər