"Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verur ki, hazırlığın növbəti günündə tək məşq baş tutub.
"Qarabağ" nəhayət ki, tam heyətlə məşq edə bilib. Müxtəlif səbəblərdən son 5 gündə natamam heyətlə çalışan komandada milli futbolçuları düşərgəyə qoşulub. Rəşad Sadıqov, Maksim Medvedev, Elvin Məmmədov, Coşqun Diniyev, Qara Qarayev, Cavid Tağıyev, Bədavi Hüseynov Bakıdan, İbrahim Sehiç isə Bosniya və Hersoqovinadan Avstriyaya yollanıb.
Fanat.az