UEFA Millətlər Liqasında 2-ci tur davam edir. Fanat.Az xəbər verir ki, dünən start götürən turun ikinci oyun günündə daha 8 oyuna baş tutacaq. Günün əsas maraq doğuran qarşılaşmaları A Liqasında olacaq. Belə ki, ilk turda Fransaya doğma meydanda uduzan (0:1) Türkiyə bu dəfə İtaliyanı qonaq edəcək. Bursa şəhərində keçiriləcək qarşılaşma hər iki komanda üçün qrupda ilk xal(lar)ını qazanmaq baxımından önəmlidir. 1-ci qrupda günün daha bir maraq doğuran görüşü Belçika və Fransa arasında baş tutacaq. B Liqasının 2-ci qrupunda yer alan Gürcüstan isə Tbilisidə Ukrayna yığmasını qəbul edəcək. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasına səfərdə Litva ilə 1:1-lik heç-heçə ilə start verib. Ayxan Abbasovun baş məşqçisi olduğu seçmə 2-ci turda Bakıda Lixtenşteyni qonaq edəcək. Qarşılaşma 1 oktyabrda baş tutacaq. UEFA Millətlər Liqası Qrup mərhələsi, 2-ci tur 28 sentyabr B Liqası, 2-ci qrup 20:00. Gürcüstan – Ukrayna 22:45. Şimali İrlandiya – Macarıstan C Liqası, 2-ci qrup 20:00. Ermənistan – Monteneqro 20:00. Latviya – Kipr A Liqası, 1-ci qrup 22:45. Belçika – Fransa 22:45. Türkiyə – İtaliya B Liqası, 4-cü qrup 22:45. İsveç – Polşa 22:45. Rumıniya – Bosniya və Herseqovina
Millətlər Liqası: Türkiyə millisi İtaliyaya qarşı - Əliyar Ağayev iş başında
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:05
10.10.2026
MPL: "Zirə" - "Şamaxı" matçında ikinci hissə start götürdü- YENİLƏNİR
Azərbaycan futbolu
17:22
10.10.2026
1-ci Liqa: "Gəncəbasar" "Baku Sportinq"ə qalib gəldi
Azərbaycan futbolu
15:47
10.10.2026
MPL: "Zirə" - "Şamaxı" oyununda heyətlər bilindi, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR
Azərbaycan futbolu
15:05
10.10.2026
“O dünyanın ən yaxşısı deyilsə də, elə olacaq” - Hansi Flik