Millət vəkili Fazil Mustafa "Qarabağ"ın "Zalsburq" üzərindəki qələbəyə (2:1) münasibət bildirib. Fanat.az xəbər verir ki, deputat bu barədə "Facebook" hesabında yazıb:
"Qarabağ"ın güclü bir Avropa klubuna qalib gəlməsi nəticə baxımından deyil, hədəfə çatma inancı baxımından ciddi uğur sayılmalıdı. Qarabağ savaşını uduzmuş bir millətə kiçik-kiçik də, az-az da olsa qələbələrə alışqanlıq lazımdı. Ən başlıcası da odu ki, inananda və doğru təşkilatlananda keyfiyyətcə səndən üstün rəqibə də qalib gələ bilərsən. Qurban Qurbanov ağıllı və təmkinli məşqçidi, oyunu sona qədər nəzarətdə saxlaya bilir. Bu uğurun davamını gözləyirik".
Fanat.az