Millət vəkili: "Qarabağ"dan uğur gözləyirəm"

Millət vəkili: "Qarabağ"dan uğur gözləyirəm"

"Mən hər zaman "Qarabağ"dan uğur gözləyirəm. Budəfəki oyunda da komandamıza uğur arzulayıram. Ən əsası bu uğuru qazanmaq əzminin olmasıdı. Bu gün “Qarabağ” komandasında bu əzm var. Mən onu dəyərləndirirəm və hesab edirəm ki, bəzən aşağı, bəzən yuxarı hesab, yaxud da heç-heçə qeydə alına bilər. Əsas odu ki, komanda içərisində hər kəs öz oyununu yox, vahid komanda olaraq oyununu oynasın. “Qarabağ” belə oyun oynayan komandadı”. Fanat.az xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Millət vəkili Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Sent-Etyen”lə (Fransa) keçirəcəyi oyunla bağlı danışıb. Bahar Muradova stadiona getməyəcəyini və oyunu televiziya qarşısında seyr edəcəyini bildirib. O, gülərək “hələ ki, bizdə qadınların stadiona getmək təcrübəsi yoxdu. Amma televiziyadan izləmək daha rahatdı, nəinki stadiondan” deyib.

Vitse-spiker Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun fəaliyyəti fikir bildirməyib: “Mən daha çox “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudu. Hər kəsin bir sevimli komandası ola bilər. Amma Azərbaycan millisi və “Qarabağ” Azərbaycan adına və Qarabağ adına meydana çıxan komandalardı. Ona görə də onların oyunlarına baxmağa dəyər. O ki, qaldı məşqçilərə, qoy bu barədə peşəkar futbol mütəxəssisləri fikir söyləsin. Mən o dərəcədə futbol bilicisi olmadığımdan hansı məşqçinin peşəkar, yaxud qeyri-peşəkar olduğunu deyə bilmərəm”. 

musavat.com

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər