Milinko Pantiç: "İlk yarını "Qarabağ"a hədiyyə etdik"

Milinko Pantiç: "İlk yarını "Qarabağ"a hədiyyə etdik"
Milinko Pantiç "Qarabağ"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın serb baş məşqçisi ilk yarını rəqibə hədiyyə etdiklərini deyib:
"Rəqibi təbrik edirəm, komanda oturuşmuş heyətə malikdi. Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə hədiyyə etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi. İkinci hissədəki “Bakı” mən istəyən kimi oynadı. Yeni qurulan komandayıq, müdafiədə hər bir səhv bizə baha başa gəlir".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər