"Mançester Yunayted"in müdafiəçisi Dioqu Dalot "Milan" və "Real"ın maraq dairəsinə düşüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Xəbərə görə, 22 yaşlı portuqaliyalının İtaliya klubuna keçəcəyi daha real görsənir. Ancaq Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti də bu transferin rəsmiləşməsində israrlıdır.
Qeyd edək ki, "Mançester Yunayted" Dalon üçün 15 milyon avro istəyir.
Aygün