"Milan" "Real Madrid"in istədiyi futbolçunu yola gətirə bilmir

"Milan" "Real Madrid"in istədiyi futbolçunu yola gətirə bilmir

"Milan" "Real Madrid"in transfer siyahısına düşən yarımmüdafiəçisini - Frank Kessyeni yeni müqavilə ilə bağlı razılığa gətirə bilmir.

Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, İtaliya nəhəngi Franka illik 6,5 milyon avro məvacib vermək istəsə də, futbolçunun təmsilçiləri 9 milyon avro maaş tələb edir.

Tərəflər uzun müddət aparılan danışıqlar fonunda ortaq məxrəcə gələ bilmirlər.

24 yaşlı oyunçunun "Milan"la olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər