Milan klubu "Napoli"nin kapitanına göz dikib

Milan klubu "Napoli"nin kapitanına göz dikib

"Napoli"nin müdafiəçisi və kapitanı Covanni Di Lorentso "Milan"ın maraq dairəsindədir.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb. 

Xəbərə görə, "rossoneri" futbolçunu yayda transfer etməyi planlaşdırır.

“Qırmızı-qaralar” Antonio Kontenin baş məşqçisi olacağı təqdirdə, bu keçidi prioritet edəcək. İtalyan müdafiəçi də həmyerlisi ilə işləmək istəyir.

Di Lorentso 2019-cu ildən "Napoli"də çıxış edir. 30 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər