Mikel Arteta "Real Madrid"in müdafiəçisini "Arsenal"a çağırır

Mikel Arteta "Real Madrid"in müdafiəçisini "Arsenal"a çağırır

"Arsenal"ın baş məşqçisi Mikel Arteta müdafiənin sol cinahındakı problemləri həll etmək üçün İspaniya nəhənginə müraciət edib.

Fanat.Az xəbər verir ki, Arteta "Real Madrid"in müdafiəçisi Alvaro Karrerası yayda "topçular"ın heyətinə qatılması üçün razı salmağa çalışır.

"El Nacional" nəşri iddia edir ki, mütəxəssis gənc oyunçuya "Bernabeu"da olduğundan daha çox oyun vaxtı və əsas heyət vədi verib.

Sol cinah müdafiəçisi axtarışında olan London təmsilçisi bu transferlə həm gələcəyə sərmayə qoymağı, həm də rəqabəti artırmağı planlaşdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər