"Belə oynamağa davam etsək, "Napoli"yə də uduzacağıq" - Messidən "həyəcan siqnalı"

"Belə oynamağa davam etsək, "Napoli"yə də uduzacağıq" - Messidən "həyəcan siqnalı"
"Osasuna" ilə görüşdən sonra "Barselona"nın hücumçusu Lionel Messi komandanın oyununu tənqid edib.
Fanat.Az ESPN-in jurnalisti Semyuel Marsdenin "Twitter" hesabına istinadən xəbər verir ki, Leo bu oyunla katalon klubunun "Napoli" ilə bacarmayacağını bildirib:
"Roma", "Liverpul"... - azarkeşlərin səbri artıq daşıb. Çünki biz onların gözləntilərini qarşılaya bilmirik. Çempionlar Liqasını qazanmaq istəyiriksə, komandada çox şey dəyişməlidi. Belə oynamağa davam etsək, "Napoli"yə də uduzacağıq".
Qeyd edək ki, "Barselona" səfərdə "Napoli" ilə 1:1 hesablı bərabərliyə razı olub. Cavab matçı avqustda oynanılacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər